İzahlı lüğət

SÖZLƏŞMƏK

f 1. Bir-birilə danışıb razılığa gəlmək, razılaşmaq, müəyyən qərara gəlmək; qərarlaşmaq. Elçilər sözləşib evə qayıdırlar. Qurbanquluya xəbər verirlər ki, ona bir qız almışlar. T.Ş.Simurq. [Babəklə Cavidan] sözləşdilər, səhər açılanda Babək də onlarla birlikdə yola çıxdılar. M.Rzaquluzadə.
2. Aralarında söz olmaq, davaları, mübahisələri düşmək, söyüşmək, sözə gəlmək. Qonşu ilə sözləşmək. - [Səfi bəy:] Dayı, deyəsən, yenə Şəmsi ilə sözləşmisən, çox hirsli gedirdi, mənə də məhəl qoymadı. S.S.Axundov. Kərimov Aydınla sözləşəndən sonra özünü qalib hiss edir. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed