
STOL[rus.] 1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu. - Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu. S.Rəhman. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.
məc. dan. Süfrə. Stol açmaq. Yaxşı stol düzəltmək. - [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov. Xüsusi bir işlə məşğul olan idarə və ya onun bir şöbəsi. Adres stolu. Qeydiyyat stolu. Tapıntılar stolu. Paylaşın - Hamı bilsin
|