SUALis. [ər.] 1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu. Sualla müraciət etmək. Suala cavab vermək. Suallar barədə fikirləşmək. - Gülsənəm arvadın sualındakı təəccüb nidası çox qüvvətli idi. M.Hüseyn. □ Sual vermək (etmək) - soruşmaq. Kitabı əlindən yerə qoyub, Sona Bahadırdan sual etdi.. N.Nərimanov. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.
2. Məsələ, problem. İndi [Şükürün] başında fikrini məşğul edən bir sual vardı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|