
SÜDƏMƏRsif. 1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. ..[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev. // İs. mənasında. Qocaların, cavanların, südəmərlərin; Üz-gözündən səhər kimi nurlar tökülür. S.Vurğun.
2. isteh. Uşaq, körpə (təcrübəsiz mənasında). Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” sözləri dillərdə dastan olacaqdı. A.Şaiq. Biz kimə arxalanıb turbin qazmasına keçəcəyik? Südəmər uşaqlaramı? M.Hüseyn. Paylaşın - Hamı bilsin
|