SÜFRƏis. 1. Yemək stolunun üstünə, yaxud yerə salman xüsusi parçadan tikilmiş örtük. Kətan süfrə. Tikməli süfrə. Böyük süfrə. - ..Kənizlər tut ağacının altında süfrə salmağa başladılar. Çəmənzəminli. Bir azdan sonra ortalığa süfrə döşəndi. H.Nəzərli.
2. Yemək, xörək; süfrə üstünə qoyulan yeməklər. Yaxşı süfrələri vardı. Zəngin süfrə düzəltmək. - Muxtar istəsə də, istəməsə də, Şahini süfrəyə dəvət etməli oldu. B.Bayramov. Paylaşın - Hamı bilsin
|