İzahlı lüğət

SULAMAQ

f 1. Sərinlik üçün su tökmək, su axıtmaq, su çiləmək, su səpmək. Küçəni sulamaq. Meydançanı sulamaq. - Hüseynəli əmi həyəti sulamaqda idi. M.S.Ordubadi. [Cəlil] dükanın qabağını süpürüb sulayardı. İ.Musabəyov. // Məc. mənada. ..Xəzri haradansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn.
Bax suvarmaq. [İlyas Adiləyə:]Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atını sulayırdı. Ə.Məmmədxanlı.
Dibinə su tökmək, su vermək. Ağacları sulamaq. Dibçəkləri sulamaq. - Südabə axşam sərini düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuz daşının üstündə oturmuşdu. M.İbrahimov. Yumşaltmaq üçün su çiləmək. [Səriyyə:] ..Nazik ağ yuxadan bir neçəsini sulayıb qoydum. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed