
SÜLƏNMƏKf Daima yemək ardınca düşmək, yemək axtarmaq, yemək olan yerə getmək; sümsünmək (əsasən it haqqında, ya da təhqir, söyüş mənasında adam haqqında). [Mayor:] Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdin? N.Vəzirov. [Şeyda qarovulçuya:] De görüm, gecə sümsük it kimi harada sülənirdin? Hanı bu taxtalar? A.Şaiq.
Paylaşın - Hamı bilsin
|