
SULUQis. 1. İçi maye ilə dolu qabarcıq; qabartı, uçuq. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev. [Sitarənin] əllərinin içi qabar-qabar olmuşdu. Bir yerdən isə suluq atmışdı. Ə.Abbasquliyev.
2. məh. Qoyunun ilk südündən hazırlanan pendirəoxşar ağartı. Güllü qarı uşaqların hərəsinə bir parça suluq verdi. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|