
SÜNNƏTis. [ər.] din. Müsəlmanlarda, yəhudilərdə: yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyat. □ Sünnət toyu - köhnə məişətdə: uşağın sünnət edilməsi münasibətilə düzəldilən şənlik. [Mirzə Bağır Mirzə Həsənə:] Qarğadələn Mələkin oğlunun sünnət toyunda Nazı Ağakişinin Zurnaburun Abbasqulunu öldürməyi yadındadırmı? Çəmənzəminli. [Qaçay Veysələ:] Əvvəlcə sənin toyunu mən eləyəcəyəm, sonra sünnət toyuna gedəcəksən. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|