İzahlı lüğət

SÜPÜRGƏ

is. Süpürmək üçün topa halında bağlanmış nazik çubuqlardan, ya budaqcıqlardan ibarət alət. Narın süpürgə. Şax süpürgə. Çubuq süpürgə. - Səfər əlində süpürgə daxil olur. C.Cabbarlı. Dalandar əlindəki süpürgəni divara söykədi. M.Hüseyn.
□□ Süpürgə çəkmək - yığıb-yığışdırmaq, aparmaq, hər nə var götürüb aparmaq. Oğrular evə süpürgə çəkdilər. - [Əminə Allahquluya:] O gördüyün zirzəmiyə elə bil süpürgə çəkilib. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SEL

......