
SÜQUTis. [ər.] Düşmə, aşağı enmə, yıxılma, dağılma. Təhkimçilik üsulunun süqutu. Roma imperiyasının süqutu. - Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı .. sui-qəsdin müqəddiməsi başlandı. M.S.Ordubadi. □ Süqut etmək - yıxılmaq, dağılmaq, düşmək, məhv olmaq. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. Fəqət mənəviyyatca özü süqut edəcəkdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|