İzahlı lüğət

SÜRAHİ

is. [ər.] 1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab. [İbrahim:] Bilmək istəyirəm, bu sürahilərdə nə var? N.Vəzirov. [Qaragün] tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, sürahidəki tünd-al şərabdan piyalə-piyalə içir, yenə rahat ola bilmirdi. M.Rzaquluzadə. // məc. Şairanə təşbehlərdə gözəlin boyuna, gərdəninə işarə, yaxud incəlik, zəriflik, ağlıq mənasında. Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri. M.P.Vaqif. Bilmədim qədrini günəş camalın; Sürahi gərdənin, çöhrəyi-alın. Q.Zakir. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi əllərinə toxunanda sanki Mənsurun ürəyinə ildırım toxundu. C.Cabbarlı.
2. Məhəccər. Vaqif başını artırmanın sürahisindən aşağı sallayıb: - Ay camaat, xan bugünkü dustaqlarının təqsirini.. bağışlayır. Çəmənzəminli. Telli içəri keçir, Fəridə sürahiyə yaxınlaşır. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed