
SÜRDÜRMƏK1icb. Bir səmtə, bir tərəfə yönəltdirmək, istiqamət verdirmək. [Nuriyyə:] Maşını Ələsgər dayıgilə sürdürdüm. İ.Əfəndiyev. ..[Mirzə:] Fayton çağırdım. Birbaş kəndə sürdürdüm. Mir Cəlal. Kamil ən uca qayaya çıxmaq üçün qayığı o səmtə sürdürdü. M.Süleymanov.
Paylaşın - Hamı bilsin
|