İzahlı lüğət

SÜRGÜN

is. 1. Məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsi məcburi surətdə başqa (adətən uzaq) bir yerə köçürmə, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Sürgün cəzası. Ömürlük sürgün. Sürgünə göndərmək. - Axırda [Seyranı] da, fəhlə yoldaşlarının bir neçəsini də Sibirə sürgün elədilər. M.Hüseyn. ..Kütləvi həbslər zamanı Kərimxan Azadini də tutmuş və iki ay zindanda saxladıqdan sonra cənuba sürgün eləmişdilər. M.İbrahimov. // Sürgündə olan adam.
2. Sürgün yeri. Sürgündə qalmaq. - Dolmuş ağzınadək bütün qalalar; Zəncirlər səslənir uzaq sürgündə. S.Vurğun. ..Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed