İzahlı lüğət

SÜRMƏ1

is. 1. Qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boya, toz. Sürmə çox olanda gözə də çəkərlər, qaşa da. (Məsəl). Sürmə çəksin gözlərinə, qaşına; Gündə yüz yol mən dolanım başına. Q.Zakir. [Hafizə xanım Sayada:] O nə sürmədir gözünə çəkibsən? İtil burdan. Ə.Haqverdiyev.
2. Kimyəvi element, gümüşü kövrək metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. Sünbüldə dənlərin qaralıb toz halına gəlməsindən ibarət taxıl xəstəliyi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SIX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed