
SÜRÜLMƏK1məch. 1. Qovulmaq, aparılmaq. Naxır fermaya sürüldü.
2. Sürgün edilmək. [Hacı Nuru şair Səfər bəyə:] Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. M.F.Axundzadə. [Kətxuda:] Bir-iki adam gərək bu kənddən sürülə, özü də sizin məhəllədən. N.Nərimanov. Paylaşın - Hamı bilsin
|