
SÜRÜMƏKf . Zorla çəkib aparmaq və ya gətirmək; dartmaq, çəkmək, darta-darta, çəkəçəkə, sürüyə-sürüyə aparmaq (gətirmək). Uşağı əlindən tutub sürümək. - [Usta:] Qorxumdan səsimi çəkdim içəri. ipi bağladılar, söyə-söyə sürüyüb apardılar. Çəmənzəminli. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyəkəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə. [Duma:] ..Çay başından gəlirkən saçlarımı əllərinə doladı. Kəndin içindən sürüdü.. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|