
SÜRÜNDÜRMƏKf Bir işi qəsdən ləngitmək, uzatmaq, yubatmaq, gecikdirmək; başda dolandırmaq, get-gələ salmaq. işi süründürmək. - [Nazlı Nataşaya:] Eh, siz şəhər qızları çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canın üzürsünüz. Ə.Məmmədxanlı. [Yusif müavinə:] Yekə kişisən, ver planı, sənə deyirəm. Bu qədər süründürdün bəsdir. Bayramov.
Paylaşın - Hamı bilsin
|