İzahlı lüğət

SÜRÜŞMƏK

f . 1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi.
Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü. T.Ş.Simurq. Sürüşüb düşmək, yerindən qaçmaq. Papaq başından sürüşüb düşdü. - [Sona anım:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. Ayaq altında dayanmayan narın isti qum sürüşüb aşağı getdikcə uşaqlar baxmır, tövşüyətövşüyə, ağır-ağır diklənirdilər. Mir Cəlal. Qızın qara çadrası başından sürüşüb boynuna düşdü... Ə.Məmmədxanlı. Sürüşə-sürüşə düşmək.
Çəkilmək. izzət Əhmədin yanına sürüşüb əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə. C.Məmmədquluzadə. Pası bir qədər kənara sürüşərək əllərini dizinə vurub: - Bir qulaq kağıza yüz manat, - dedi. S.Rəhimov. [Surxay:] Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin. S.Rəhman.
məc. Gözə görünmədən, heç kəsə hiss etdirmədən getmək, yox olmaq, çəkilmək; əkilmək. [Molla] başmağını astanada qoyub, ətəyini ovcuna yığdı, oğru pişik kimi sürüşdü. Mir Cəlal. Leytenant tezcə sürüşüb çıxdı. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed