
SÜSis. Bəzək, zinət, bərbəzək. [Qızların] boyunlarında, başlarında və barmaqlarında qızıl zinət və süs olmazdı. H.Sarabski. Belə gürşad yağmurlar üçün babalar deyiblər ki, “yağış yağar, varlının süsünü aparar, yoxsulun hisini - ağ ilə qara aşkar olar” . M.Rzaquluzadə. Biri deyir: həyatın hüsnü, süsüdür sənət; Biri deyir: ürəyin döyüntüsüdür sənət. B.Vahabzadə. □ Süs vermək - bəzək vermək, süsləmək. Pəncərənin xırda, rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|