İzahlı lüğət

SUSDURMAQ

icb. 1. Susmağa, dinməməyə, səsini kəsməyə məcbur etmək. [Birinci rəqqasə:] Dur, getmə, səadət quşu, bir dur; Bas bağrına məşuqini, susdur! H.Cavid. Məni susdursa zaman; Səni özüm sanaram; Səhər kimi oyansan; Günəş kimi yanaram. N.Xəzri.
2. məc. Bir şeyi təzahür etməyə, üzə çıxmağa qoymamaq; boğmaq. Kədərini susdurmaq. - [Muradın] kefini pozmamaq üçün marağımı susdurdum. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed