
SÜSTLÜKis. Hissizlik, kütlük, keylik. Özündə süstlük hiss etmək. - Qar lopa-lopa yağırdı. Gecəki kefdən sonra hər kəsdə bir süstlük vardı. Çəmənzəminli. indi [Veysəlin] ürəyindəki nisgil azalmış, vücudundakı süstlük yoxa çıxmışdı. Ə.Vəliyev. Əsəbi gərginlikdən sonra, Səməd hər şeyə qarşı bir etinasızlıq, bədənində süstlük və yorğunluq hiss edirdi. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|