
SUSUZLUQis. 1. Ürəyi bərk su istəmə, su içmə ehtiyacı; yanğın. [Yaralı:] Ay bala, susuzluqdan yandım. Ə.Haqverdiyev. Şirzad susuzluqdan dodağının quruduğunu hiss edib düşərgəyə tərəf yollandı. M.Ibrahimov. [Nuriyyə:] Mən aclığa davamlıyam, susuzluğa yox. I.Əfəndiyev.
2. Quraqlıq, rütubətsizlik. [Tahir:] Həmən kanal susuzluqdan yanan düzlərə can verəcək. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|