
SUVANMAQməch. Suvaq, mala çəkilmək; malalanmaq. İndi də divarlar sementlə suvanır, körpüyə döşənəcək taxtaya mazut sürtülür, qaralmış, qalın pərdilər körpü salınan yerə yaxın çəkilib rahlanırdı. Ə.Əbülhəsən. Otaqların üstü palçıqla suvanmışdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|