
SÜVARzərf köhn. [fars.] Ata və ya başqa heyvana minmiş. Nagah bir süvarpeyda oldu. M.F.Axundzadə. Baharın bir belə günlərinin birində əlvan çiçəklərlə bəzənmiş səhrada .. eşşəyə süvar bir cavan gedirdi. E.Sultanov. □ Süvar olmaq - minmək. Mollalar.. ağ eşşəklərə süvar oldular. M.S.Ordubadi. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb, vəkillərə verməyi öhdəsinə götürdü və haman saat atına süvar olub yollandı. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|