
SÜVARİsif. [fars.] Ata minmiş, atlı. // is. mənasında. Atlı əsgər. [Qartal:] Mən öz odlu qılıncımla yüzə qədər süvarini biçib tökmüşəm.. M.Hüseyn. Qızıl süvarilər isə qəti hücum gözləyirdilər. H.Nəzərli. Süvarilər Tülkü təpəsindəki camaata çatarkən ikinci zurnaçılar dəstəsi fəaliyyətə başladı. P.Makulu.
Paylaşın - Hamı bilsin
|