İzahlı lüğət

SUVARMAQ

f . 1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq. - Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev. Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı. I.Hüseynov. // Dibinə su tökmək. Ağacları suvarmaq. - Hüseynəli əmi .. gülləri suvarırdı. M.S.Ordubadi. Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı. H.Seyidbəyli.
2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq. - Tağı əmi.. atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi. S.S.Axundov. ..Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar. Ə.Abasov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed