
SÜZGÜNsif. Yarıaçıq, yarıyumulu. // Nazqəmzəli, nazlı, qəmzəli göz, baxış haqqında. Sallanıb-sallanıb özünü öymə; Elə süzgün (z.) baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. [Xəyyam:] Sərpildi alov ruhuma süzgün baxışından; Sarsıldı bütün mənliyim, ey afəti-dövran. H.Cavid. [Əhməd:] Mən bunu onun baxışında, qara gözlərinin süzgün baxışında gördüm. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|