
VADAR[fars.] Məcbur, məcburiyyət qarşısında qalan. Mən belə etməyə vadaram. □ Vadar etmək - məcbur etmək. Bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim, nə idi. C.Məmmədquluzadə. Bir də görürdün [dəli Səməd] döyüldüyü yerdə gözləri yaşlı qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eləyib, eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli. Vadar olmaq - məcbur olmaq. Əlini silaha atmağa vadar oldu.
Paylaşın - Hamı bilsin
|