
VAGÜZAR[fars.]: vagüzar etmək köhn. - həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq. [Şah:] İndi .. mən məcburam ki, səltənətdən əl çəkib, taxt-tacı bir kimsəyə vagüzar edim. M.F.Axundzadə. Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|