
VALİis. [ər.] 1. Keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs. Hicri 296-cı ildən 306-cı ilə qədər Şirvan da Azərbaycan və Ermənistan valisi Əbülqasım Yusifin hökmü altında idi. A.Bakıxanov. [iranın] hər vilayətində cəlal sahibi, uca mərtəbədə bir vali hökmran oldu. “Qarabağnamə” .
2. Bax qubernator. Maşaallah, gecəgündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir. Paylaşın - Hamı bilsin
|