
VALİDEYNis. [ər.] Ata və ana, ata-ana. Valideynə hörmət. Valideyn şurası (bir məktəbdə oxuyan uşaqların ata-analarının müşavirəsi, şurası). - Valideynin, təbii, övlada; Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir. Valideynlərindən bu vaxta qədər heç nəyi gizlətməyən Lətifə yalan deməmək üçün cəld addımlarla qapıya yanaşdı. M.Hüseyn. Gəray bircə baxışda onların valideyn dərdinin böyüklüyünü gördü. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|