
VALLAH(İ)nida [ər.] Allaha and olsun (inandırmaq üçün deyilir). Mən eylədiyim məkri şəyatin də bacarmaz; Vallah və billah! M.Ə.Sabir. Vallahi, Ağa dərviş, mən .. inciməzdim, hərgah əvvəlinci günü aşkar mərdmərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get. N.Vəzirov. // Ümumiyyətlə, inandırmaq üçün işlənən ifadə. [Eldar:] Vallah, düz deyirəm, pələngsən, pələng! S.Vurğun. [Turac:] Vallah, səndə böyük hövsələ var. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|