VAQE[ər.]: vaqe olmaq - 1) üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq. Bu gün küçədə bir hadisə vaqe oldu. - Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün dəsturüləməldir.. A.Bakıxanov. Əhvalat vaqe olur İrəvan yaxınlığındakı şəhərlərdən birində. C.Məmmədquluzadə; 2) yerləşmək, olmaq. Yusif Sərracın dükanı şah məclisinin .. məşriq səmtində vaqe idi. M.F.Axundzadə. Vaqe olan - baş verən hadisə. Vaqe olanları düşünmək istədim, bacara bilmədim. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|