VAQİƏis. [ər.] 1. Yuxu. Bu işlərin hamısı mənə vaqiə kimi göründü. C.Məmmədquluzadə. [Nurcahan:] Xanım, başına dönüm, mən bu gecə bir vaqiə görmüşəm. N.Vəzirov. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlayırdı. Ə.Haqverdiyev.
2. Hadisə, əhvalat, macəra. Ol vaqiədən olub xəbərdar; Tutdu rəhi-dəşt Zeydi-qəmxar. Füzuli. Bu vaqiədən xatirə olmaq üçün pələngin dərisini soyub evə gətirdim. A.Şaiq. Paylaşın - Hamı bilsin
|