
VAQİƏNara s. [ər.] klas. Həqiqətən, həqiqətdə, doğrudan da. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. Vaqiən, İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. C.Məmmədquluzadə. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|