İzahlı lüğət

VAR-YOX

is. 1. Bir adamın malik olduğu şeylərin hamısı. [Xan:] Bu gecə nömrədən var-yoxumu aparıb, bircə papağımı qoyublar. Ə.Haqverdiyev. ..Bu camaatın hər bir fərdi varını-yoxunu sizin sözlərinizin, fikirlərinizin yolların-da fəda etməyə hazırdır. N.Vəzirov. □ Var-yoxdan çıxmaq, varyoxu əlindən çıxmaq (getmək) - əlində olan şeylərin (pulun, mülkün və s.-nin) hamısından məhrum olmaq. Həştərxanda varyoxu əlindən çıxdıqdan sonra, Varis korpeşman Bakıya qayıtmışdı. A.Şaiq. Səməddən sonra Məstan bəyin də işi çox pis oldu. Varyoxu əlindən getdi. B.Talıblı. // Mal və mülk, rifah, nemət. Ta ki, xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varü yoxundan. M.V.Vidadi.
2. Vur-tut, ancaq, yalnız, təkcə. Var-yox bircə oğlu var. - Müsəlman qəzetlərinin yolunda canü dildən çalışan var-yox Ağdaş vilayətində bircə nəfər şəxsdir. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

VEC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed