VARMAQf 1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri. Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, var, kuyidildarə söylə kim, novbahar olmuş. Heyran xanım. □ Varıb getmək - çıxıb getmək, rədd olmaq. Ellik, yerbəyerdən qalxıb dedilər: - Güloğlan, sazını vur qoltuğuna, var get. “Aşıq Qərib” .
Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq. [Gülüş:] Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. C.Cabbarlı. məc. Dalmaq, qərq olmaq, getmək. Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. S.Vurğun. vara-vara zərf Getdikcə. Vara-vara oldun zalim, bimürvət; Əzəldən yox idi bu güman sənə. Q.Zakir Paylaşın - Hamı bilsin
|