
VAXTSIZsif. və zərf 1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Ata. sözü). // Çox tez. Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər. S.Vurğun.
Yersiz, qeyri-münasib vaxtda, gec. Vaxtsız gəlmək. - Vaxtsız qonaq kisəsindən yeyər. (Ata. sözü). Mövsümündə olmayan, mövsümündən əvvəl və ya sonra hasil olan. Vaxtsız meyvə. Vaxtsız əkin bar verməz. Paylaşın - Hamı bilsin
|