
VAZA[fr.] İçinə meyvə, şirniyyat, çiçək və s. qoymaq, yaxud bəzək üçün qəşəng qab. Gülməyir vazamda artıq gül, çiçək; Məni düşündürür indi hər sözün. S.Rüstəm. [Hüseyn və Mirmahmud] uzun büllur vazalardakı mürəbbədən, qənddən çaya saldılar, qaletdən yeyib, çaydan içdilər. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|