İzahlı lüğət

VƏD

is. [ər.] Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. [Molla İbrahim Xəlil:] ..İyirmi put, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. □ Vəd etmək bir işi edəcəyinə söz vermək, öhdəsinə götürmək. [Şəmsiyyə: ] Vəd edin ki, dostluğumuz əbədi olaraq qalacaqdır. M.İbrahimov. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. Vədinə xilaf çıxmaq - verdiyi sözü yerinə yetirməmək. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: - Bəli, usta! Qoy vədinə xilaf çıxan utansın. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

VAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed