VƏFASIZsif. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım. Sevgi dildə şüar olsun! Vəfasıza çox ar olsun! S.Vurğun. // məc. Etibarsız, fani, müvəqqəti. Vəfasız dünyanın mehri gedir könlündən, aldanma. Nəsimi.
Paylaşın - Hamı bilsin
|