
VƏKALƏTNAMƏis. [ər. vəkalət və fars. ...namə] Vəkillik kağızı; birinin bir işi görmək üçün vəkil olduğuna dair vəkil edən şəxs və ya idarə tərəfindən verilən sənəd. Pul almaq üçün vəkalətnamə vermək. Vəkalətnaməsini təqdim etmək. - [Ağa Salman:] Siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin. M.F.Axundzadə. [Aslan bəy:] Burada heç bir çətin iş yoxdur. Cabbar bəyi bu saat apar notariusun yanına, bir vəkalətnamə yazdır. N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|