VƏKİLis. [ər.] 1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. □ Vəkil etmək öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək, bu işi ona tapşırmaq. [Fərhad:] Ancaq mən heç kəsi vəkil eləməmişdim, məni evləndirsin. Ə.Haqverdiyev. Dostu Mirzə Qulamı vəkil eləmişdir ki, “Get, yer seç, ev tut, mənə xəbər ver” . Mir Cəlal.
Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. [Səkinə xanım:] Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? M. F.Axundzadə. [Qəhrəmani:] Sən ali təhsil almış bir vəkil olacaqsan. M.İbrahimov. tar. Nazir. Baş vəkil. tar. Deputat. Paylaşın - Hamı bilsin
|