
VƏLİƏHDis. [ər.] 1. Padşahın yerini tutmalı olan şəxs. Vəliəhd bu etimadsızlığı.. sərdar Rəşiddən gördüyü üçün, onlarla çox etinasız bir surətdə görüşdü. M.S.Ordubadi. [Anaxatun] yaxşı bilirdi ki, .. yeganə vəliəhdini vurmağa xanın əli gəlməzdi. M.Rzaquluzadə.
məc. Oğul, qız, övlad. [Piri baba:] Sən də mənə vəliəhd olacaqsan. S.S.Axundov. zar. Əvəz, birinin yerini tutmalı olan şəxs. [Müaviyyə Abdullaya:] Səni yerimdə vəliəhd etmək istəyirəm. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|