VƏRƏSƏis. [ər.] köhn. rəs. Ölən bir adamdan sonra yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun mülk və malına sahib olan şəxs(lər); varis(lər). Vərəsə arasında dava .. vaqe olubdur. M.F.Axundzadə. Sərdar Rəşidin vərəsələri ev şeylərini öz aralarında təqsim etdikdən sonra, orada Mahru üçün heç bir şey qalmırdı. M.S.Ordubadi.
2. məc. Bir işi davametdirici. İndi mən o babamın gənc bir vərəsəsiyəm; Yeni həyatda onun davam edən səsiyəm. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|