
VERST[rus. BepcTa] köhn. 1,06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi). [Faytonçu] bu sürətlə təxminən iki verst gedəndən sonra, atların cilovunu çəkdi. Ə.Haqverdiyev. □ Verst ağacı köhn. - yolların kənarında: yolun hər bir verst məsafəsini göstərən dirək. Fəqət hərdən baxar ikən uzun, uzaq çöllərə; Alaca verst ağacları gəlir ancaq nəzərə. Səhhət. Bir verstdən - uzaqdan, çox uzaqdan. Onun gözü bir verstdən görür.
Paylaşın - Hamı bilsin
|