VƏSFis. [ər.] 1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə. Zatinə kimsə irməz, vəsfini bilməz. Nəsimi. [Vəzir:] Bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. M.F.Axundzadə. □ Vəsf etmək - bir şeyin xüsusiyyətlərini, sifətlərini, keyfiyyətini təfərrüatı ilə göstərmək, təsvir etmək. Vaiz bizə dün duzəxi vəsf etdi. Füzuli. Bu məktubumda axund Molla Sadığın vəz məclisini sənə vəsf edirəm. M.F.Axundzadə. Vəsf eləyim bir şeirlə dayandığım bu təpəni. M.Rahim.
2. Tərif, hüsn, mədh. Yaza bilməz ləblərin vəsfin tamami-ömrdə. Füzuli. Mən sənin vəsfini, ey mahi-kərəm; Hafizdən, Camidən artıq söylərəm! M.P.Vaqif. Vəsfin yayılıb mahala; Maşallah o xəttü xala. Aşıq Ələsgər. □ Vəsf etmək - tərif etmək, mədh etmək. Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir. Nəsimi. Edər vaiz mükərrər vəsf abi-kövsəri, amma. Q.Zakir. Paylaşın - Hamı bilsin
|