
VƏSİQƏis. [ər.] Bir şeyi təsdiq edən və bir şeyə icazə verən sənəd, rəsmi kağız; şəhadətnamə. [Əbülhəsən bəy:] Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. M.S.Ordubadi. Bəhram məktubu büküb, gərəksiz bir vəsiqə kimi kitabların üstünə tulladı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|