
VƏSİYYƏTis. [ər.] Ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, sərəncam, məsləhət, son sözü. [Hacı Xəlil:] Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Ə.Haqverdiyev. Xədicə əlavə etdi: - Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. S.Hüseyn. □ Vəsiyyət etmək (eləmək) - ölərkən, yaxud sağ ikən tapşırmaq, sərəncam vermək, məsləhət görmək, son arzusunu bildirmək. [Əbdül:] Biçarə qız əvvəldən ölməyini yəqin eləmişdi, kağız da yazıb vəsiyyət eləyibdir. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|